Nazim İbrahimov: “Dağlıq Qarabağ erməniləri arxayın ola bilər ki, münaqişənin həllindən sonra onlar bizim bərabərhüquqlu vətəndaşlarımız olacaqlar” - FOTO

Nazim İbrahimov: “Dağlıq Qarabağ erməniləri arxayın ola bilər ki, münaqişənin həllindən sonra onlar bizim bərabərhüquqlu vətəndaşlarımız olacaqlar” - <span style="color: red;">FOTO
# 06 sentyabr 2013 09:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakıda keçirilən “Ali səviyyədə görüş” adlı forum çərçivəsindəki qapalı görüşlərdə siyasi problemlər, o cümlədən Dağlıq Qarabağ məsələsi müzakirə olunub, problemin həlli üçün variantlar təklif edilib. APA-nın məlumatına görə, bunu tədbirin təşkilatçılarından olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yekun mətbuat konfransında deyib. O bildirib ki, münaqişələrin həllinin axtarılmasında daha yaxından iştirak etmək və bu prosesə töhfə verə bilmək ətrafında fikir mübadiləsi aparılıb: “Müzakirələr zamanı maraqlı təkliflər səsləndi. Məsələn, İsveç və Finlandiya arasında olmuş mübahisəli ada ilə bağlı model tapıblar və onun Qarabağa şamil edilməsi təklif olundu”.

N. İbrahimov xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağa vermək istədiyi status bəllidir: “Ermənilər bundan artıq nə istəyə bilər? Azərbaycanda açıq cəmiyyət, tolerantlıq məsələlərinin müzakirəsini təşkil etməklə biz dünyaya bəyan edirik ki, Dağlıq Qarabağın erməni əhalisi bizimlə birgə yaşaya bilər. Azərbaycanda bu məsələlər xalq, ictimaiyyət tərəfindən qəbul olunur. Gələcəkdə münaqişə həll edildikdən sonra ermənilər arxayın ola bilər ki, onlar daim bərabərhüquqlu vətəndaşlarımız olacaqlar”.

N. İbrahimov görüşlərin və təklifin qapalı çərçivədə keçirildiyini vurğulayaraq təklifləri tam açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR