Avropa Birliyi Gürcüstanla azad ticarət zonalarının yaradılmasına dair danışıqları yekunlaşdırıb

Avropa Birliyi Gürcüstanla azad ticarət zonalarının yaradılmasına dair danışıqları yekunlaşdırıb
# 23 iyul 2013 08:42 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Avropa Birliyi Gürcüstanla azad ticarət zonalarının yaradılmasına dair danışıqları yekunlaşdırıb. APA-nın Gürcüstan mətbuatına istinadən yaydığı məlumata görə, Gürcüstanın iqtisadiyyat və davamlı İnkişaf naziri Giorgi Kvirikaşvili bildirib ki bu, noyabrda Vilnüsdə keçiriləcək “Şərq tərəfdaşlığı” zirvə toplantısından əvvəl atılan çox əhəmiyyətli addımdır.

"Bu müqavilə nəinki tariflərin liberallaşdırılması, həm də Gürcüstanda istehsal olunan məhsulların və xidmətlərin Avropa bazarına daxil etmək üçün texniki maneələrin aradan qaldırılmasına yardım olacaq”. Nazir bu gün Avropa Birliyinin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR