Abdullah Gül: “TANAP Avropa Birliyinin enerji təhlükəsizliyi üçün son dərəcədə vacib layihədir”

Abdullah Gül: “TANAP Avropa Birliyinin enerji təhlükəsizliyi üçün son dərəcədə vacib layihədir”
# 10 may 2013 14:56 (UTC +04:00)

APA-Economics”in xarici mediaya istinadən verdiyi məlumata görə, bunu İstanbulda keçirilən Dünya İqtisadi Forumda çıxış edən Türkiyə prezidenti Abdullah Gül deyib.

O bildirib ki, ilkin mərhələdə boru kəməri Azərbaycanın “Şahdəniz” yatağından qazı Avropaya nəql edəcək, sonradan isə digər yataqlardan istehsal olunan qaz da müştərilərə çatdırılacaq: “Əlavə olaraq Türkmənistan qazının bu kəmər vasitəsilə nəql olunması üzrə işlər davam edir. ARDNŞ-ın “Şahdəniz” layihəsində olan tərəfdaşları TANAP layihəsinin sərmayələrini əldə etməkdə bağlı maraqlı olduqlarını bildiriblər. İlkin məlumata əsasən “Statoil” və “BP” şirkətləri layihədə hərəsi 12%, “Total” isə 5% sərmayə alacaq”.

Xatırladaq ki, Türkiyə ərazisindən keçən Trans-Anadolu (TANAP) qaz boru kəmərinin tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd.-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.

Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə təqdim etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR