Misirdə 23 nəfər tayfalararası münaqişənin qurbanı olub

Misirdə 23 nəfər tayfalararası münaqişənin qurbanı olub
# 05 aprel 2014 22:58 (UTC +04:00)

APA-nın “RBK”-ya istinadən verdiyi xəbərə görə, münaqişəyə səbəb iki gün əvvəl tayfalardan birinin nümayəndəsinin digər tayfanın ünvanına səsləndirdiyi təhqir olub. Toqquşmalar zamanı tərəflər odlu silahdan istifadə edib, bir neçə ev yandırılıb. Polis qanlı qarşıdurmanı dayandırmağa bu gün müvəffəq olub.

Hadisə yerinə hərbçilərin də cəlb olunduğu bildirilir. Onların sözlərinə görə, iki tayfa arasında baş vermiş münaqişədə “Müsəlman qardaşlar” hərəkatının üzvləri də iştirak edib.

İnsident nəticəsində 31 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR