Nigeriyada 17 nəfər güclü partlayışın qurbanı olub

Nigeriyada 17 nəfər güclü partlayışın qurbanı olub
# 14 yanvar 2014 22:25 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın Mayduquri şəhərində törədilmiş güclü partlayış nəticəsində 17 nəfər ölüb, azı 5 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayıcı quraşdırılmış avtomobil mərkəzi bazar, poçt məntəqəsi və bir sıra dövlət qurumlarının yerləşdiyi küçədə partladılıb.

Qeyd edək ki, Mayduquri şəhəri “Boko Haram” radikal terror təşkilatının fəaliyyət göstərdiyi Borno ştatının paytaxtıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR