BDU-nun tələbələri “Azərsu”da işə qəbul ediləcəklər - FOTO

BDU-nun tələbələri “Azərsu”da işə qəbul ediləcəklər - <span style="color: red;">FOTO
# 24 yanvar 2014 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün “Azərsu” ASC ilə Bakı Dövlət Universiteti (BDU) arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” memorandum imzalanıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sənəd “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur.

“Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” memoranduma əsasən, universitetin hidrologiya, geologiya, ekologiya, biologiya, kimya və digər ixtisasları üzrə təhsil alan tələbə və magistrlər “Azərsu” ASC-nin idarə və müəssisələrində təcrübə keçməklə “Yay məktəbi” proqramına cəlb olunacaqlar. Proqram müddətində təcrübə keçən tələbələr müvəqqəti işlə təmin ediləcəklər. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar ASC-in tələbatına uyğun olaraq müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.

Daha sonra “Azərsu” ASC ilə BDU arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandumun imzalanması mərasimi keçirilib. Sənədi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və BDU-nun rektoru akademik Abel Məhərrəmov imzalayıb. “Azərsu” ASC-nin sədri Q.Hüseynov “Universitetin dostu” mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR