ABŞ Maliyyə Nazirliyi Rusiyanın ikinci ən böyük bankı olan VTB-ni İrana qarşı tətbiq olunan sanksiyaların yan keçilməsinə yardım göstərməkdə ittiham edərək, bankı İranla bağlı sanksiya siyahısına daxil edib.
APA xəbər verir ki, ABŞ tərəfi VTB-nin İranın maliyyə əməliyyatlarının həyata keçirilməsində iştirak etdiyini bildirib.
Qeyd edək ki, VTB artıq 2014-cü ildən ABŞ-ın sanksiyaları altındadır və 2022-ci ildən Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar daha geniş məhdudiyyətlərə məruz qalıb.
Yeni qərar Vaşinqtonun İranın maliyyə kanallarını məhdudlaşdırmaq və sanksiyalardan yayınmağa kömək edən qurumlara təzyiqi artırmaq siyasətinin bir hissəsidir.