Oles Buzinanın qətlində şübhəli bilinən şəxsin həbs müddəti daha 60 gün uzadılıb

Oles Buzinanın qətlində şübhəli bilinən şəxsin həbs müddəti daha 60 gün uzadılıb
# 15 avqust 2015 11:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Kiyevin Şevçenko rayon məhkəməsi jurnalist Oles Buzinanın qətlində şübhəli bilinən şəxslərdən biri Denis Polişukun həbsini daha 60 gün uzadıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Kiyev prokurorluğunun yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, ukraynalı yazıçı, jurnalist Oles Buzina 16 aprel 2015-ci il tarixində Kiyevdə evinin qarşısında güllələnib. 2 ay keçdikdən sonra Ukrayna daxili işlər naziri Arsen Avakov hadisə ilə bağlı Denis Polişuk və Andret Medvedko adlı iki şübhəlinin saxlanıldığını bildirib. Şevçenko rayon məhkəməsi onlar barədə 2 aylıq həbs-qətimkan tədbiri seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR