Yaponiyada 5,8 bal gücündə zəlzələ olub

Yaponiyada 5,8 bal gücündə zəlzələ olub
# 05 iyul 2014 02:03 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İvate prefekturasında, ocağı isə 50 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Yaponiyanın Milli meteorologiya idarəsinin məlumatına əsasən, yeraltı təkanlar, Fukusima daxil olmaqla, Xonsyu adasının 10 prefekturasında hiss olunub. Zəlzələ nəticəsində "Fukusima-1" Atom Elektrik Stansiyasında ştatdankənar vəziyyət qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR