ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə iqtisadi münasibətlərə yanaşması Qərbin Moskvanı təcrid etmək istiqamətində uzun illər ərzində göstərdiyi səyləri zəiflədir.
Bu barədə CNN telekanalının təhlilində bildirilib.
Nəşrin məlumatına görə, Vaşinqtonun Rusiyaya qarşı tətbiq olunan sanksiyaları yumşaltmağa hazır olması ABŞ və müttəfiqlərinin Moskvanın iqtisadi imkanlarını məhdudlaşdırmaq siyasətinə təsir göstərir.
“Vaşinqtonun Moskvaya qarşı sanksiyaları yumşaltmağa hazır olması ABŞ və müttəfiqlərinin Rusiya iqtisadiyyatına təzyiq göstərmək və onu təcrid etmək üçün illərlə apardığı səyləri tədricən puça çıxarır”, – CNN-in materialında vurğulanıb.
Təhlildə qeyd olunur ki, ABŞ-ın bu istiqamətdə atdığı addımlar Qərbin Rusiyaya qarşı vahid iqtisadi təzyiq siyasətinin davam etdirilməsi ilə bağlı suallar yaradır.