Avropa Birliyinin komissarı Ştefan Füle Azərbaycana gəlib

Avropa Birliyinin komissarı Ştefan Füle Azərbaycana gəlib
# 02 may 2013 14:23 (UTC +04:00)

AB-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Ş. Füle Azərbaycan prezidenti İlham Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, eləcə də müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Səfər zamanı Azərbaycan-AB ikitərəfli əlaqələri və noyabr ayında Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ilə bağlı məsələlər müzakirə ediləcək.

Ş. Füle mayın 3-də Azərbaycan Diplomatik Akademiyasında nitq söyləyəcək və mətbuat konfransı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR