Rumıniyada keçirilən prezident seçkilərində Klaus Yohannis qalib gəlib

Rumıniyada keçirilən prezident seçkilərində Klaus Yohannis qalib gəlib
# 17 noyabr 2014 08:10 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, onun əsas rəqibi, baş nazir Viktor Ponta öz məğlubiyyətini etiraf edib. V. Ponta rəsmi nəticələri gözləmədən K. Yohannisi təbrik edib.

Qeyd edək ki, seçkilərlə bağlı keçirilən “exit-poll” sorğuları qalibi müəyyən edə bilməyib.

Seçkilərin ilk turu noyabrın 3-də keçirilib. İlk turda V. Ponta 40,3%, S. Yohannis isə 30,4% səs alıb.

Rumıniyada iki müddət prezidentlik edən Trayan Basesku bu seçkidə namizəd olmaq hüququnu itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR