Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq turizm sərgisində iştirak edəcək
# 23 aprel 2013 09:51 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Aprelin 24-26-da Qazaxıstanın Almatı şəhərində «KİTF 2013» Beynəlxalq Turizm Sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və yerli turizm şirkətləri bu sərgidə ilk dəfə təmsil olunacaq.

Artıq Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Almatı şəhərinə ezam olunub.

Beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 36 kv. m sahə icarəyə götürülüb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı, 43 ölkədən 200-dən çox şirkət təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR