Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 02 fevral 2013 09:19 (UTC +04:00)

Bakı-APA. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2012-ci il yanvarın 31-də Xəzər rayonunun Binə qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir çörək zavodunun yaradılması;

- istixana şəraitində müasir şitilçilik təsərrüfatının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR