“AtaBank”da yerləşdirilən əhalinin əmanətləri azalıb

“AtaBank”da yerləşdirilən əhalinin əmanətləri azalıb
# 04 noyabr 2014 07:55 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “AtaBank”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 458,640 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 43,19% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 43,38% artaraq 336,103 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 43,43% artaraq 389,455 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 163,487 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 6,22% azdır.

Bankın məcmu kapitalı 60,090 mln. manat olub, nizamnamə kapitalı bir il ərzində 59,01% artaraq 44 mln. 500,7 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 22,93% artaraq 39,047 mln. manat, xərcləri isə 25,68% artaraq 31,237 mln. manata çatıb.

Cari ilin ilk 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 7 mln. 810,5 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 25 filialı, 78 bankomatı, 16 960 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR