IDEA kampaniyası ali təhsil müəssisələrində koordinatorların seçimini elan edir

IDEA kampaniyası ali təhsil müəssisələrində koordinatorların seçimini elan edir
# 08 fevral 2013 08:33 (UTC +04:00)

Bakı-APA. “IDEA kampaniyası ətraf mühitin qorunması işində gənclərin cəlb edilməsinə daim xüsusi diqqət yetirib. Buna görə də kampaniya daha da geniş gənclər şəbəkəsini əhatə etmək, universitetlərdə dayanaqlı ekoloji mədəniyyəti formalaşdırmaq, tələbələr arasında ekoloji düşüncəni təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir ali təhsil müəssisəsində kampaniyanın koordinatorlarının seçiminə başlayır”.

Bu barədə APA-ya kampaniyadan daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, təhsil aldığı müəssisədə IDEA kampaniyasının koordinatoru kimi fəaliyyət göstərmək istəyən gənclər fevralın 20-nə kimi CV və “istək məktubu”nu [email protected] ünvanına göndərməlidirlər.

Qeyd edək ki, seçim prosesini müvəffəqiyyətlə keçən namizədlər ilk öncə IDEA Resurs Mərkəzində “Ətraf mühitin mühafizəsi”, “Layihələrin yazılması” və “Komanda işi” və s. mövzularda təlimlərdə iştirak etmək şansı əldə edəcəklər. Təlimləri uğurla başa vuran tələbələr IDEA kampaniyasının koordinatoru kimi fəaliyyət göstərmək üçün xüsusi sertifikatlarla təltif olunacaqlar. Daha sonra tələbələr öz universitetlərində 10 nəfərlik komanda yaratmaqla 1 illik fəaliyyətə başlayacaqlar.

Formalaşan komandalar müxtəlif seminarlar, universitet daxili ekoloji debatlar, elmi müzakirələr və s. kimi ətraf mühitin mühafizəsi mövzusuna dair tədbirlər təşkil edəcəklər.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi işində gənclərin iştirakının vacibliyinə xüsusi önəm verən IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR