Paşha Bank
Bank Of Baku

Tovuzda evdən qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub

Tovuzda evdən qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub
# 07 iyun 2019 14:40 (UTC +04:00)

Tovuz rayonunda evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - əvvəllər məhkum olunmuş İ.Məmmədov və A.Məmmədov saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR