Silvio Berluskoniyə 3 illik cəza verilib - VİDEO

Silvio Berluskoniyə  3 illik cəza verilib - <span style="color: red;">VİDEO
# 08 iyul 2015 20:23 (UTC +04:00)

Bakı-APA. Neapol məhkəməsi İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə senatorlara rüşvət verilməsi işinə görə 3 il müddətinə azadlıqdan məhrum edib.

APA-nın xəbərinə görə, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.

İstintaq materiallarına əsasən, Silvio Berluskoni 2007-ci ildə senatorların satın alınması yolu ilə sabiq hökumət başçısı Romano Prodinin istefasına nail olmağa cəhd edib.

Bundan əvvəl Neapol prokurorluğu S.Berluskonini korrupsiyada ittiham edərək 5 illik cəzaya məhkum edilməsini istəmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR