Bakı sakini itkin düşüb

Bakı sakini itkin düşüb
# 08 iyul 2015 07:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 27 yaşlı kişi itkin düşüb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, Yunis Fehruz oğlu Əmirov polisə ərizə ilə müraciət edərək bildirib ki, kürəkəni, 1988-ci il təvəllüdlü Salman Mübariz oğlu Kazımov iyulun 5-də yaşadığı Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivindən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda polis ərizə üzrə araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR