Son 10 ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2,4 dəfə artıb

Son 10 ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2,4 dəfə artıb
# 06 mart 2013 13:05 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA-Economics. 2012-ci ildə turizmin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli islahatların aparılması, müvafiq dövlət proqramının icrası, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycanda turizm sənayesinin inkişafına imkan yaradıb.

APA-Economics”in məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda bildirilir.

Respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin sayı 200-ə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 506-ya çatıb. Bütün bunların nəticəsi olaraq 2012-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2003-cü illə müqayisədə 2,4 dəfə artaraq 2 milyon 480 min nəfərdən çox olub. Son 10 il ərzində turizm sahəsində çalışan işçilərin sayında 2,9, yerləşdirmə obyektlərində yerlərin ümumi sayında isə 3,3 dəfə artım olub. Göstərilən dövr üzrə ölkə üzrə ÜDM-də turizmin xüsusi çəkisi 2 dəfə artıb.

Hazırda Azərbaycanda 8 Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir, 2013-2014-cü illərdə 3 bu cür mərkəzin açılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR