Azərbaycanda xarici sığorta və təkrarsığorta şirkətlərinin sayı artıb

Azərbaycanda xarici sığorta və təkrarsığorta şirkətlərinin sayı artıb
# 01 dekabr 2014 13:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dövlət Sığorta Nəzarəti Xidmətinin qərarı ilə xarici sığorta və təkrarsığorta şirkətlərinin siyahısına 4 təşkilat əlavə edilib.

Dövlət Sığorta Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, "Transatlantic Reinsurance Company" (ABŞ), "PO" KamaRE" (RF), SelectaInsurance Company Limited (RF) və "Best Meridian Insurance Company" (ABŞ) xarici sığorta və təkrarsığorta şirkətlərinin siyahısına daxil edilib.

Bununla da, reyestrdəki sığorta və təkrarsığorta şirkətlərinin sayı 147-yə çatıb.

Bundan başqa, broker şirkətlərinin siyahısına "IBS Sigorta ve Reasurans Brokerligi A., S" (Türkiyə) daxil edilib. Nəticədə broker şirkətlərinin sayı 69-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR