Bank Of Baku

Tramp İranın “Apache” helikopterinə hücumuna güclü cavab verilməsinin vacib olduğunu bildirib

Tramp İranın “Apache” helikopterinə hücumuna güclü cavab verilməsinin vacib olduğunu bildirib
# 10 iyun 2026 02:02 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında ABŞ Ordusuna məxsus “Apache” helikopterinə edilən hücuma cavab olaraq İrana qarşı güclü tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Tramp bu barədə ABC News telekanalının jurnalisti Conatan Karla müsahibəsində danışıb.

“Mən hesab edirəm ki, cavab vermək çox vacibdir. Onlar helikopterimizi vurublar və biz hazırda cavab veririk”, – deyə ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, həyata keçirilən əməliyyat ötən gecə ABŞ hərbi helikopterinə qarşı hücuma cavab xarakteri daşıyır.

“Bu, onların ötən gecə bizim helikopterimizə qarşı etdiklərinə cavabdır və mən hesab edirəm ki, bu cavab çox güclü, çox sərt olmalıdır”, – deyə Tramp əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR