İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində qadın və azyaşlı uşaq daxil olmaqla, azı 3 nəfər ölüb, 75 nəfər yaralanıb

İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində qadın və azyaşlı uşaq daxil olmaqla, azı 3 nəfər ölüb, 75 nəfər yaralanıb
# 20 avqust 2014 03:13 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ölənlər raket zərbəsi nəticəsində dağılan üçmərtəbəli yaşayış binasının uçqunları altından çıxarılıb. Ölənlər arasında qadının və üç yaşlı uşağın da olduğu bildirilir.

Qeyd edək ki, İsrail ordusu bu gecə Qəzza zolağına zərbələr endirib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Fələstin silahlıları tərəflər arasında əldə edilmiş atəşkəs rejimini pozaraq İsrail istiqamətində 3 raket buraxıb. Məlumata görə, İsrail ordusu, öz növbəsində, Qəzzaya cavab zərbələri endirib.


İsrail ordusuna cavab atəşi ilə bağlı əmri baş nazir Binyamin Netanyahu verib. Həmçinin, Qahirədə danışıqlarda iştirak edən İsrailin nümayəndə heyəti geri çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR