MHP Yalova təşkilatı Dağlıq Qarabağın işğalına etiraz olaraq imzatoplama kampaniyasına başlayıb

MHP Yalova təşkilatı Dağlıq Qarabağın işğalına etiraz olaraq imzatoplama kampaniyasına başlayıb
# 05 fevral 2013 14:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Yalova təşkilatı Dağlıq Qarabağın işğalına etiraz etmək məqsədilə imzatoplama kampaniyasına start verib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partiyanın Yalova təşkilatının sədri Hasan Topçular ilk imzanı ataraq kampaniyaya münasibətini bildirib. O bildirib ki, Türk yurdu olan və Azərbaycanın 20 faizini əhatə edən Dağlıq Qarabağ 21 ildən çoxdur işğal altındadır və dünya ölkələri isə bu işğala səssiz qalır: “ Nə BMT-dən, nə Avropa Birliyindən, nə də müsəlman ölkələrdən səs çıxmır. Ərəblər, farslar və digər müsəlman ölkələr niyə susur? Baş nazir Rəcəb Tayyib Ərdoğan Fələstin üçün ortaya qoyduğu mövqeni Dağlıq Qarabağ məsələsi üçün niyə ortaya qoymur? Bu zülmə səssiz və reaksiyasız qalmamaq üçün MHP Yalova Təşkilatı olaraq bu kampaniyanı başlatdıq. Məqsədimiz Yalovada Qarabağ türklərinin harayına səs verməkdir. Bizlər Azərbaycan türkləri ilə eyni canın, eyni qanın və eyni ruhun daşıyıcılarıyıq. Onların dərdi bizim dərdimizdir”.

Toplanan imzalar BMT və Ağ Evə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR