“Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi” başa çatıb

“Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi” başa çatıb
# 03 may 2013 10:10 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram teatrında 29 aprel-3 may tarixlərində keçirilən “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”nin mükafatlandırma mərasimi keçirilib.

APA-nın verdiyi məlumata görə, müsabiqə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, “JA1 Biznes &Event”in maliyyə dəstəyi ilə keçirilib.

Müsabiqə 6 ixtisas üzrə yerli və əcnəbi olmaqla 130-dan çox tələbə arasında keçirilib. İştirakçılar vokal, xanəndə, estrada, xalq çalğı alətləri, fortepiano və aşıq sənəti ixtisasları üzrə 2 turdan ibarət olan yarışmada bilik və bacarıqlarını nümayiş edib.

Münsiflər heyəti Firəngiz Əlizadə, Yalçın Adıgözəlov, Oqtay Abbasquliyev, Natiq Mustafayev, Canəli Əkbərov, Mələkxanım Əyyubova, Səkinə İsmayılova, Yalçın Rzazadə və b. ibarət olub.

Müsabiqə qalibləri pul mükafatı, qiymətli hədiyyə və diplomlarla mükafatlandırılıb. Tədbir qala konserti ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR