Xızıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 11-də saat 10 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Quba rayon sakini Savalan Məmmədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Aydın Şıxnəbiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.