Rusiyalı hakerlər Ağ Evin kompüter şəbəkəsini qırıb

Rusiyalı hakerlər Ağ Evin kompüter şəbəkəsini qırıb
# 08 aprel 2015 01:25 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, hakerlər ABŞ prezidenti Barak Obamanın iş qrafikinin detalları kimi məxfi məlumatları əldə etməyə müvəffəq olublar.

İnsident Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırılır. Xüsusi xidmət orqanlarının məlumatına görə, bu indiyədək ABŞ hökumət sistemlərinə edilən haker hücumlarının ən məharətlisidir. Kiber hücum müxtəlif kompüterlər vasitəsilə eyni vaxtda dünyanın müxtəlif yerlərindən həyata keçirilib.

CNN telekanalı araşdırma zamanı müəyyən edilmiş spesifik kompüter kodlarına əsaslanaraq insidentdə Rusiya “izi” olduğunu qeyd edir.

Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən şərh hələlik verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR