Milli Məclisin növbəti iclası aprelin 5-də keçiriləcək

Milli Məclisin növbəti iclası aprelin 5-də keçiriləcək
# 29 mart 2013 13:16 (UTC +04:00)

Bu barədə APA-ya MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib. İclasda Hesablama Palatasının ötən ilin yekunları ilə bağlı hesabatı, İnzibati Xətalar, Cinayət məcəllələrinə, “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirə olunacaq. İclasda “İctimai iştirakçılıq haqqında” qanun layihəsi də ilk dəfə olaraq müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR