Türkiyənin “Fənərbağça” futbol klubunun avtobusu yenə hücuma məruz qalıb - FOTO

Türkiyənin “Fənərbağça” futbol klubunun avtobusu yenə hücuma məruz qalıb - <span style="color: red;">FOTO
# 29 aprel 2015 01:51 (UTC +04:00)

APA-nın “TGRT Haber”ə istinadən verdiyi xəbərə görə, insident Türkiyə Kubokunun yarımfinalında “Bursaspor”la oyundan əvvəl baş verib.

Məlumata görə, 30 nəfərədək azarkeşdən ibarət qrup avtobusu daş-qalaq edib. Futbolçulardan xəsarət alan olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Fənərbağça” futbol klubunun avtobusu hücuma məruz qalıb. Aprelin 4-də axşam “Çaykur Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “Fənərbağça”nın avtobusu Trabzonun Sürmənə rayonu ərazisində atəşə tutulub. Naməlum şəxs ov tüfəngindən avtobusun sürücüsünə tərəf atəş açaraq qaçıb. Nəticədə sürücü yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR