Vladimir Putin: "Rusiyaya lazım olan insanlara vətəndaşlıq verilməsində heç bir maneə törədilməməlidir”

Vladimir Putin: "Rusiyaya lazım olan insanlara vətəndaşlıq verilməsində heç bir maneə törədilməməlidir”
# 19 aprel 2013 00:48 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin “Rusiyaya lazım olan” müəyyən kateqoriya insanlar üçün vətəndaşlığın verilməsində əngəllər törədilməməsini tələb edib.

“Bir çox ölkələrdə müəyyən kateqoriya insanlar üçün vətəndaşlığın verilməsinin asanlaşdırılmış qaydası tətbiq olunur. Bura yaş – adətən, söhbət reproduktiv yaşdan gedir; yaxşı təhsil – yəni ali təhsil və əmək bazarında tələbatlılıq aid olunur”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Vladimir Putin Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romodanovski ilə görüşündə qeyd edib.

Rusiya prezidentinin sözlərinə görə, başqa ölkələrdə vətəndaşlıq gələcək həyatını bu ölkələr ilə bağlamaq istəyən insanlara verilir. O qeyd edib ki, burada söhbət ölkəyə pul qazanmaq niyyəti ilə gəlib sonradan isə öz vətəninə dönən miqrantlardan getmir. “Rusiyaya lazım olan, bizim vətəndaşlara, Rusiya Federasiyasına heç bir təhlükə yaratmayan insanlara süni əngəllər yaratmaq lazım deyil”, deyə Putin qeyd edib.

Konstantin Romodanovski, öz növbəsində, qeyd edib ki, Federal Miqrasiya Xidməti artıq müvafiq sistemi hazırlayır və ilin sonunadək bu sahədə işlərin yekunlaşdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR