İraqda Koreya şirkətinin 4 əməkdaşı qətlə yetirilib

İraqda Koreya şirkətinin 4 əməkdaşı qətlə yetirilib
# 02 aprel 2013 00:42 (UTC +04:00)

Bakı-APA. İraqın qərbində silahlılar Akkas neft yatağına hücum ediblər. Hücum nəticəsində 4 fəhlə qətlə yetirilib, ikisi isə oğurlanıb. Bu barədə APA Reyter-ə istinadən məlumat verir.

Məlumata görə, öldürülən və oğurlanan şəxslər Cənubi Koreyanın «Korea Gas Corp» (KOGAS) şirkətinin əməkdaşlarıdır.

Akkas neft-qaz yatağın Ənbar əyalətində səhrada yerləşir. Onun ehtiyatları 113 milyard kubmetr qaz həcmində qiymətləndirilsə də, hasilat hələ başlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR