Azərbaycan daha bir partiya prezidentliyə namizədini müəyyənləşdirib

Azərbaycan daha bir partiya prezidentliyə namizədini müəyyənləşdirib
# 15 aprel 2013 10:23 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azadlıq Partiyasının Mərkəzi İcraiyyə Komitəsi (MİK) qurumun sədri Əhməd Orucun prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı qərar verilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı qərar Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.

İclasda 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub. MİK seçkilərdə partiyanın sədri Əhməd Orucun namizədliyi ilə iştirak etmək barədə qərar çıxarıb. Partiyanın seçki qərargahı yaradılıb və qurumun rəhbəri Ferhat Karaöz təyin olunub.

MİK-də Demokratik Qüvvələrin Məşvərət Məclisinin aprelin 28-nə təyin edilən mitinqinə hazırlıq məsələsi də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR