Lənkəranda "Yurdum yuvam məskənimsən - Azərbaycan" adı altında tədbirlər keçirilib - FOTO

Lənkəranda "Yurdum yuvam məskənimsən - Azərbaycan" adı altında tədbirlər keçirilib - <span style="color: red;">FOTO
# 25 avqust 2015 09:30 (UTC +04:00)

Bakı- APA. “Addım” Gənclər təşkilatı, Gənclər üçün Təhsil Mərkəzi 2015-ci il yeni tədris ili ərəfəsində Lənkəran Mədəniyyət Evinin "Yurdum, yuvam məskənimsən - Azərbaycanım" adlı tədbirinə qatılıb.

APA-nın məlumatına görə, Lənkəran şəhəri və ətraf kəndlərdə davamlı olaraq təşkil olunan tədbirlərin məqsədi yerli əhalinin iştirakı ilə milli mədəniyyət nümunələrimizi və yeni nəsildə vətənpərvərlik hissini təbliğ etməkdir. Bu həftə ardıcıl olaraq Lənkəranın Nərimanabad və Şağlaser kəndlərində layihə çərçivəsində konsert proqramları təşkil olunub. Tədbirdə giriş sözü ilə Lənkəran Mədəniyyət evinin rəhbəri tanınmış ziyalı Hafiz Mirzə çıxış edib. Daha sonra Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və “Addım” Gənclər təşkilatının rəhbəri Hüseyn Cavadzadə çıxış ediblər. Tədbir çərçivəsində yerli sakinlərin Lənkəran Mədəniyyət evi ilə birgə hazırladığı proqram təqdim olunub. Tədbirdə "Hər kəs üçün Təhsil" kompaniyası çərçivəsində orta məktəb şagirdlərinə məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub.

Konsert Azərbaycanı Bolqarıstanda keçirilən Discovery İnternational Pop Festivalda təmsil edən müğənni Tofiq Hacıyevin ifası ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR