Sumqayıtda kitabxanada yanğın olub

Sumqayıtda kitabxanada yanğın olub
# 07 aprel 2015 09:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda kitabxanada yanğın qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 500 kv.m olan birmərtəbəli kitabxananın içərisində elektrik kabeli və elektrik sayğacının avtomatı yanıb. Kitabxana yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR