Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrinə başsağlığı verib

Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrinə başsağlığı verib
# 04 avqust 2014 14:13 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Çində baş vermiş zəlzələ ilə əlaqədar Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib. APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab sədr. Ölkənizin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR