Hyustonda Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Hyustonda Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 25 fevral 2013 07:31 (UTC +04:00)

Bakı-APA. Hyustonda Azərbaycanlıların Amerika Mədəni Alyansı (AAMA) tərəfindən Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Texas ştatı Nümayəndələr Palatasının üzvü Cin Vu (Gene Wu), Türkiyə Baş Konsulluğunun vitse-konsulu Kenan Ağa, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov və Xyuston şəhərində yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri iştirak edib.

AAMA-nın prezidenti İsmayıl Əhmədov tədbiri açaraq iştirakçılara Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsinə dair geniş məlumat verib, həmçinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, o cümlədən Azərbaycan dili dərslərinin təşkil olunmasından danışıb.

Texas Ştatı Nümayəndələr Palatasının üzvü C.Vu çıxış edərək Xocalı qətliamı barədə öyrəndikdə kədərləndiyini və bu kimi faciələrin yenidən təkrarlanmasına yol verilməməsi üçün onları xatırlamağın vacib olduğunu deyib. C. Vu Texas ştatı Nümayəndələr Palatasının Xocalı qətliamının 21-ci ildönümünün anılması haqqında qətnaməsini Azərbaycan Səfirliyinin nümayəndəsinə təqdim edib. Həmin qətnamədə bu faciənin bir çox insan hüquqları təşkilatları tərəfindən pislənildiyi, habelə bir sıra xarici dövlət və ABŞ-ın digər ştatlarının bu faciyəyə diqqət yetirdiyi qeyd olunaraq, bu xüsusda 2011-ci ildə Texas Nümayəndələr Palatasının 535 nömrəli qətnaməsi vurğulanır.

M.Talıbov öz növbəsində C.Vuya Azərbaycan xalqı tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün təşəkkürünü bildirərək son illər ərzində bir sıra dövlət və ABŞ ştatları tərəfindən Xocalı qətliamının tanınmasının ədalətin bərqərar olacağına və Xocalı vəhşiliklərini törədənlərin məsuliyyətə cəlb olunmasına ümid etməyə imkan verdiyini qeyd edib.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və fəal üzvlərindən olan Yusif Babanlı çıxışında C.Vuya ABŞ-dakı Azərbaycan icması adından təşəkkür edib və Xocalı dəhşətlərinin dünyada, o cümlədən ABŞ-da tanıdılmasının vacibliyini vurğulayıb.

Tədbirdə ABŞ-dakı Azərbaycan icmasının digər nümayəndələri də çıxışlar ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR