Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub

 Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub
# 22 iyul 2015 12:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Samir Tahirzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə S. Tahirzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Samir Tahirzadə saxlanılıb. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan heroin və həşiş aşkar edilib. Araşdırmalar zamanı onun əvvəllər də məhkumluq həyatı yaşadığı, 7 dəfə azadlıqdan məhrum edildiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR