Azərbaycan və Tacikistan Elmlər akademiyaları arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan və Tacikistan Elmlər akademiyaları arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb
# 20 oktyabr 2014 11:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş” imzalanıb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sazişi nümayəndə heyətinin tərkibində olan akademiyanın prezidenti, akademik Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti Farxod Rahimi imzalayıblar.

Hər iki ölkənin əsas elmi qurumları arasında imzalanan sənəd ölkələr arasında elmi əməkdaşlığın bütün sahələrini əhatə edir və beynəlxalq müqavilə statusuna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR