Kremldə Türkiyə baş naziri ilə Rusiya prezidentinin görüşü keçirilib - FOTOSESSİYA
18 iyul 2012 15:13 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyada səfərdədir. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya prezidenti Vladmiri Putin Kremldə Türkiyə baş nazirini qəbul edib. Görüş zamanı Suriya konflikti başda olmaqla regional münaqişələri müzakirə olunub.
Ərdoğan görüşmə öncəsi jurnalistlərə qısa açıqlamasında Rusiya ilə Türkiyə arasında iqtisadi və siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib: “İki ölkə arasında ticarət dövriyyəsi 34-35 milyard ABŞ dollarıdır”.
Vladimir Putin isə Türkiyə ilə münasibətlərin səviyyəsindən məmnun olduğunu söyləyib: “Hal-hazırda Rusiyada çoxlu sayda türk şirkətinin fəaliyyət göstərir. Həmin şirkətlər Rusiya iqtisadiyyatına investisiya qoyurlar. Enerji sahəsində Türkiyə ilə geniş əlaqələrə malikik. Türkiyə Rusiyadan enerji alan ölkələrin siyahısında ikinci yerdədir. Hal-hazlrda Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlıq edirik”.
Qeyd edək ki, görüşdən sonra Putin və Ərdoğanın birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.

MDB
Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub
18:17
18 may 2024
Zelenski Makronun "Olimpiya atəşkəsi" təklifini rədd edib
10:37
18 may 2024
Bişkekin mərkəzində əcnəbilərlə davadan sonra əraziyə minə yaxın insan toplaşıb
01:24
18 may 2024
Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - YENİLƏNİB
22:36
17 may 2024