«Boeing» sərnişin təyyarələrinin qiymətini artırıb

«Boeing» sərnişin təyyarələrinin qiymətini artırıb
# 11 avqust 2012 09:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın «Boeing» korporasiyası bu il ilk dəfə olaraq sərnişin təyyarələrinin kataloq qiymətini 6% artırıb.

«APA-Economics»in məlumatına görə, adətən «Boeing» və onun əsas rəqibi olan Almaniyanın «Airbus» şirkəti ildə bir dəfə sözügedən qiymətləri artırır. Bu da əsasən əmək haqqı xərcləri və xammalın dəyəri ilə bağlıdır. «Airbus» qiymətləri cari ilin yanvarında 3,9% artırıb, «Boeing» isə sonuncu dəfə təyyarələrin qiymətini ötən ilin avqust ayında 4,5% artırıb.

«Boeing»in builki qiymət artımı onun istehsal etdiyi bütün təyyarə modellərini əhatə edəcək («Boeing-787» istisna olaraq).

Onu da qeyd edək ki, kataloq üzrə əqdlər çox nadir hallarda həyata keçirilir. Belə ki, «Boeing» şirkəti öz müştərilərinə müxtəlif endirimlər təklif edir.

Xatırladaq ki, Azərbaycanın «Boeing» korporasiyasından 2014-cü ildə alacağı iki təyyarə 180 mln. dollara başa gələcək. «Boeing-787-8» tipli bu təyyarələrin oturacaq yeri 212 nəfərlik olacaq. Təyyarənin biri təxminən 90 mln. dollara başa gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR