Şəki və Zaqatalada yanğın baş verib

Şəki və Zaqatalada yanğın baş verib
# 24 iyul 2012 07:02 (UTC +04:00)
Şəki-Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Şəki və Zaqatala rayonlarında yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Zaqatala rayonlarının Yanğından Mühafizə Hissələrindən məlumat verilib. Şəki rayon YMH-dən APA-ya verilən məlumata görə yanğın hadisəsi rayonun Çeşməli kəndi yağınlığında Əhmədbəyli meşəsinin ərazisində inşa edilmiş, ümumi sahəsi 700 kv/m olan mal damında baş verib. Yanğın nəticəsində 700 kv/m sahəsi olan mal damının yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı mal damında olan 3 baş iribuynuzlu mal və 35 baş quzu yanaraq tələf olub.

Zaqatala rayon YMH-dən APA-ya daxil olan məlumata görə, yanğın hadisəsi rayonun Yengiyan kəndində Uşam Durmuşovun həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 50 kv/m olan mal tövləsində baş verib. Baş vermiş yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və orada olan 4 ton quru ot kütləsi yanaraq yararsız hala düşüb. Tövlədə olan 7 baş iribuynuzlu mal və tövlənin yaxınlığındakı digər tikililər yanğından xilas edilib. Baş vermiş yanğınlarla bağlı Şəki və Zaqatala YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR