İsmayıllıda zəlzələnin vurduğu ziyanla əlaqədar fövqəladə hallar komissiyasına 400-dək müraciət daxil olub
11 oktyabr 2012 10:02 (UTC +04:00)
Bu barədə APA-ya İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov bildirib.
Onun sözlərinə görə, zəlzələnin vurduğu ziyanı öyrənmək üçün mütəxəssislər tərəfindən ərazilərə baxış keçirilməlidir: “Hər gün əhali tərəfindən bizə müraciətlər edilir. Artıq 400-dək belə müraciət toplanıb. Bu müraciətlər araşdırmalı və bundan sonra görüləcək tədbirlər barədə qərar verilməlidir”.
R. Əhmədov deyib ki, sosial obyektlərlə bağlı müraciətlər də daxil olub: “İki müraciət kənd məktəblərindən daxil olub. Həmin məktəblərdən biri Qaraqaya, digəri Mollaisaqlı kənd məktəbləridir. Müraciətdə göstərilir ki, zəlzələdən sonra məktəblərin divarlarında iri çatlar əmələ gəlib”.
R. Əhmədovun sözlərinə görə, ötən il torpaq sürüşməsi ilə bağlı ziyan dəyən 28 kənddəki 155 evin zəlzələdən sonrakı vəziyyətinin öyrənilməsi ilə bağlı keçirilən baxış isə sabah yekunlaşacaq: “Zəlzələdən sonra həmin evlərdə yaşayış təhlükəli həddə çatıb, artıq bəzi sakinlər evlərini tərk edib. Məsələn, Diyanllı kəndində bir neçə ailə kənddən çıxıb”.
Monitorinqin nəticələrinə əsasən akt hazırlanacağını deyən R. Əhmədov ilkin rəyi açıqlayıb. Rəyə əsasən, zəlzələdən sonra həmin sürüşmə ərazisində vəziyyət daha da ağırlaşıb və əhali təcili olaraq köçürülməlidir.
Qeyd edək ki, ötən il torpaq sürüşməsi nəticəsində İsmayıllıda 28 kənddə 155 ev qəzalı vəziyyətə düşüb. Oktyabrın 7-də isə İsmayıllı şəhərindən 17 kilometr cənub-şərqdə 5 bal gücündə baş verən zəlzələ nəticəsində rayondakı bir sıra tikililərə ziyan dəyib.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024