«DəmirBank»da əhalinin əmanətləri 26% artıb

«DəmirBank»da əhalinin əmanətləri 26% artıb
# 18 iyul 2012 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan «DəmirBank» ASC-nin aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 403,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 69,5 mln. manat və ya 20,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 34 mln. manat və ya 14% artaraq 278,4 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 163,6 mln. manat, o cümlədən əhalinin əmanətləri 117,2 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 26,1% və ya 24,2 mln. manat çoxdur.

Bankın məcmu kapitalı 51,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 21 mln. manat təşkil edib.

Qeyd edək ki, «DəmirBank» 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR