Bakıda qətl törədən şəxs tutulub

Bakıda qətl törədən şəxs tutulub
# 15 sentyabr 2012 06:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədən şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, sentyabrın 11-də İ. İsmayılov küçəsində Mingəçevir şəhər sakini Elməddin Dünyamalıyev mübahisə zəminində Bakı şəhər sakini Elməddin Məmmədovu bıçaqla qətlə yetirdiyinə görə sentyabrın 14-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşları tərəfindən yaxalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR