Bakının mərkəzində hərbi şəhərciyin su təchizatı fasiləsiz olacaq

Bakının mərkəzində hərbi şəhərciyin su təchizatı fasiləsiz olacaq
# 19 oktyabr 2012 13:38 (UTC +04:00)
Bakı – APA-Economics. Bakı şəhəri Yasamal rayonu “Qızıl Şərq” adlanan hərbi şəhərcik ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar 19-20 oktyabr tarixlərində şəhərcik ərazisinə, eləcə də Şahbazi və İ.Qutqaşenli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qeyd edək ki, indiyədək şəhərcik ərazisində içməli su səhər və axşam qrafiklə verilirdi. Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra içməli su təchizatı fasiləsiz olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR