İrəvanın “Zvartnots” hava limanı “Armavia” şirkətinin uçuşlarını yerinə yetirməkdən imtina edib

İrəvanın “Zvartnots” hava limanı “Armavia” şirkətinin uçuşlarını yerinə yetirməkdən imtina edib
# 21 sentyabr 2012 08:57 (UTC +04:00)
Bakı – APA-Economics. İrəvanın “Zvartnots” beynəlxalq hava limanı dünəndən etibarən Ermənistanın “Armavia” milli aviaşirkətinin uçuşlarını yerinə yetirməkdən imtina edib.

APA-Economics”in xəbərinə görə, buna səbəb aviaşirkətin aeroporta külli miqdarda borcunun olmasıdır.

Sentyabrın 20-də “Armavia” 10-dan artıq uçuşu təxirə salmalı olub. Aviaşirkət borcunu ödədiyini iddia etsə də, aeroport borca görə əlavə ödəniş tələb edir.

Bununla belə, “Zvartnots” dünən yerli vaxtla saat 18:00-da “Armavia”nın təyyarələrinin uçuşunu müvəqqəti olaraq bərpa edib. Buna səbəb kimi sentyabrın 21-də ölkənin Müstəqillik Gününün qeyd olunması göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR