Rusiyada səhiyyə naziri 1 milyon dollar rüşvət alarkən yaxalanıb
02 noyabr 2012 13:56 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Çelyabinsk vilayətinin səhiyyə naziri saunada 1 milyon ABŞ dolları rüşvət alarkən yaxalanıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, səhiyyə naziri Vitali Teslenko Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Əldə olunan məlumat əsasında əməliyyat keçirən FTX əməkdaşları diqqətdən yayınmaq üçün rüşvəti saunada almağı planlaşdıran naziri həbs edib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda Vitali Teslenkonun xaricdən tibbi cihazların alınması üçün keçirilən tenderdə özünə yaxın bir firma üçün şərait yaradılması müqabilində 1 milyon dollar rüşvət aldığı bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Səhiyyə nazirinin günahı sübuta yetiriləcəyi təqdirdə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

MDB
Zelenski Makronun "Olimpiya atəşkəsi" təklifini rədd edib
10:37
18 may 2024
Bişkekin mərkəzində əcnəbilərlə davadan sonra əraziyə minə yaxın insan toplaşıb
01:24
18 may 2024
Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - YENİLƏNİB
22:36
17 may 2024
Rusiya Xarkova aviazərbələr endirib, ölənlər və yaralananlar var
17:47
17 may 2024