Azərbaycan millisi reytinq cədvəlində mövqeyini qoruyub

Azərbaycan millisi reytinq cədvəlində mövqeyini qoruyub
# 31 oktyabr 2012 08:28 (UTC +04:00)
Bakı – APA. UEFA futzal yığmalarının yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi mövqeyini qoruyaraq, 7-ci pillədə qalıb.

Hesabında 3.444 xal olan millimiz Xorvatiya (3.361), Serbiya (3.333) və Rumıniyanı (2.994) qabaqlayır.

Siyahıya İspaniya (7.993 xal) başçılıq edir. İtaliya (6.333) və Rusiya (6.183) yığmaları müvafiq olaraq 2-ci və 3-cü pillədə qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR