Bank Of Baku

Nazir müavini: "Azərbaycanda əmək pensiyaları 11,3 dəfə artıb"

Nazir müavini: "Azərbaycanda əmək pensiyaları 11,3 dəfə artıb"
# 20 iyun 2018 13:29 (UTC +04:00)

“2003-cü ilə nisbətən bu ilin əvvəlində Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 11,3 dəfə artıb".

 

Bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

 

O bildirib ki, əmək pensiyalarının maliyyələşməsinə yönəldilən vəsaitin həcmi də ildən-ilə artıb.

 

2017-ci ildə 68 nəfər insan alveri qurbanına və 28 nəfər potensial insan alveri qurbanına lazımi köməkliyin göstərildiyini vurğulayan nazir müavini qeyd edib ki, uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş uşaqlar üçün  120 mənzilli üçüncü yaşayış binasının inşası da yekunlaşmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR