Azərbaycan hazırda Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına töhfə verir.
Bunu APA-ya müsahibəsində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
Nazir müavini bildirib ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına hər zaman dəyərli töhfələr vermiş dövlətdir: “BMT çərçivəsində həm Baş Assamblyeda, həm Təhlükəsizlik Şurasında aparılan müzakirələrə töhfələr vermişik, fəal iştirak edirik. Biz beynəlxalq sülhməramlı missiyalarda iştirak etmişik. Azərbaycan hazırda Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına iki zabiti ilə töhfə verir. Bu fəaliyyətin əlaqələndirilməsi Beynəlxalq Təhlükəsizlik İdarəsi vasitəsilə həyata keçirilir”.